11 Avqust 2016 16:18
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Malik Odayın şeirlərini təqdim edir:

***

Sevgililərin isitdiyi daş kimidi həyat, xəyanət edər

Bir gün sən bir gün başqası isidər.
Acların tox atmalı olduğu dərmandı həyat,
Ehtiyacın var amma qəbul edə bilməzsən
Sevgidir
Yalnızlıqdır
Kimsə bilmədən sevməkdir həyat
Bu həyat var,
Səni bilib sənə ölməkdir

***

Səni sevmək kitabları sevməkdir,

Səni sevmək hər şeyi unudub səni bilmək
Səndən sənə qaçıb
Yenə sənə qayıtmaqdı...
Yanımdaykən qəlbini qırmaq
Sonra şəkillərdə saçından öpməkdi
Hər dilənçi ovcuna qəpik olub atılmaq istəyidir səni sevmək,
Gözlərin də itib, qollarında ölməkdir.
Səni sevmək
Şeir dinləyib sonda bir siqaret yandırmaqdır

***

Nə sevdiyim, nə sevgilimsən

Bəhanəmsən siqaretimi alışdırmağa,
Ümidim kəsildi bizdən, aylarla işləyən fəhlənin maaşı kimi
Sən varsan mən varam daha biz yoxuq
Küçələrdə yerindədi
Yaşlı dilənçi yenə dilənir Elmlərdə,
Polislər belə baxmır təkər qaraldan uşaqlara
Sahildən dalğanın sildiyi yazı kimidi,
Sahil bizi unudub
Biz bizi unutmuşuq,
Sən və mən var artıq.

***

Tanıma məni məsələn

Mən uzaqlaşan avtobus sən qaçan sərnişin ol.
Bir yolun ayrı səkilərində,
Metronun fərqli stansiyalarında olaq.
Tanıma məni,
Dağıdacaq gözəlliyini,
Bu tanışlıq
Seviləcək özəlliklərin kafedə masadan-masaya qaçan qadınlar adiləşəcək,
Mənlə tanışlığın.
Tanıma məni,
İşıqfor ol,
Skameyka,
Dönərçinin pişiyi ol
Yanından ötüb keçim
Tanıma məni.

***

Bugün insanlar öldü,

Mən hələdə yaşayıram,
Gözəl insanlar öldü çox gözəl öldülər.
Bugün xatirələr yenə büdrətdi kimisə,
sevgilisi ilə,
İlk öpüşdüyü yerdə.
Avtobuslar dayanacaqdan kənar saxladı,
Növbəti stansiya "Azadlıq prospekti" deyildi,
Sözlər qar topu tək atıldı,
Günün duası edildi "ilahi, bu gün insanlar öldü, mən niyə ölmədim?"

***

Bugün çox yorulmusan,
Unudulmusan,
Unutmamısan,
Küçələrdə mahnı oxuyub gəzmisən,
Dilənçiyə sonuncu pulunu vermisən,
Gül dərməmisən,
Qarışqa öldürməmisən,
Sənə hürən itlərə belə daş atmamısan
Ac qarnına,
Dönərin iyini həyat iyi deyə çəkmisən içinə
Bugün çox yorulmusan,
Unudulmusan
Unutmamısan

***

Bir sevgi olasan,

Elmlərdə yaşlı çiçəkçinin,
Evinə aparmaq üçün ayırdığı güllər kimi bir sevgi,
Bütün ölçüləri alt-üst edən uşaq qollarının
Göstərdiyi "bu boyda" bir sevgi olasan
Təkcə birinə aid olasan


Müəllif:

Oxşar xəbərlər