23 Avqust 2016 20:16
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 24-də Moskvada keçiriləcək 23-cü Beynəlxalq “Çiçəklər və Flowers” festivalında Azərbaycan da təmsil olunacaq.

Teleqraf.com xəbər verir ki, ölkəmizi bu sərgidə tanınmış florist Dmitri Turkan təmsil edəcək. Festivalda dünyanın 25 ölkəsindən 250-dək şirkətin iştirakı gözlənilir.

Sərginin mərkəzi ekspozisiyasında təmsil olunan ölkələrdən gətirilmiş çiçəklər sərgilənəcək. Həmçinin, festivalda “dəyirmi masa”lar, mühazirələr, ustad dərsləri təşkil olunmaqla yanaşı, floristik nümayişlər, seleksiya yenilikləri də təqdim olunacaq.

Sərginin dolğun iş proqramı dörd hissədən ibarət olacaq. Festival avqustun 26-dək davam edəcək.

Qeyd edək ki, festivalın saytında elektron qeydiyyatdan keçmək və sərgiyə pulsuz bilet əldə etmək mümkündür.


Müəllif:

Oxşar xəbərlər