Bakıda "ZİMA" adlı Estrada mahnılarının uşaq musiqili festivalı keçiləcək.
Teleqraf.com xəbər verir ki, bu haqda müğənni Tünzalə Ağayeva sosial şəbəkədə qeyd edib:
“Əziz dostlarım, böyük sevinc və qürur hissi ilə sizə "ZIMA" Uşaq Estrada Musiqisi Festivalının başlanması haqda xəbər verirəm. Festivalda iştirak etmək və ətraflı məlumat almaq üçün www.zima.az saytına müraciət edə bilərsiz. "Zima"Festivalının münsifi kimi mən 6- 16 yaş arası olan istedadlı balalarımızı səbirsizliklə gözləyirəm”
Festivala ərizə qəbulu 12 sentyabr–1 oktyabr tarixində olacaq. Festivala 6-dan – 16-dək yaşı olan hər kəs ərizə göndərə bilər. 3oktyabrda ilkin mərhələni keçən iştirakçıların adları açıqlanacaq. 4–10 oktyabr tarixində baş tutacaq ikinci mərhələdə münsiflər heyətinin iştirakı ilə bağlı dinləmələr olacaq. 11 oktyabr–16 dekabrda festivala hazırlıq görüləcək. Festivalın qalibləri 17 dekabr tarixində bəlli olacaq.
Pərvin