Rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb.
“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, festival cari ilin 24-30 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində baş tutacaq.
Festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli iştirak edəcək.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində istehsal olunub. İnsan və təbiət arasında münasibətlərdən, arzuların gerçəkləşdiyi məkandan bəhs edən “Qırmızı bağ”da baş rolları Gülzar Qurbanova, Maqsud Məmmədov, Tale Badıyev və digərləri canlandırıblar.
Nərmin