17 Sentyabr 2016 11:24
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış aktyoru Tarık Akanın oğlu Barış Üregül atasının son günlərindən danışıb.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tarık Akanın oğlu atasının hər zaman film çəkmək istədiyini söyləyib.

O, atasının bu gün Muhsin Ərtoğrul Teatrında dəfn mərasiminin keçiriləcəyini və vida mərasimindən sonra isə Teşvikiye məscidində cənazə namazından sonra Bakırköy Zuhuratbaba qəbiristanlığına dəfn ediləcəyini bildirib.

Barış Üregül əfsanəvi aktyorun xəstəliklə mübarizəsindən də danışıb: “Atam həssas insan idi. Xəstəlyini gizli saxladıq. Xəstəliyindən xəbər tutanda çox üzüldü. 14 ay əvvəl ağciyərindəki şişlə əlaqədar əməliyyat keçirdi. Şişin kəsilib götürülməsinə və əməliyyatın uğurlu keçməsinə baxmayaraq xərçəng ağciyərdə yenidən inkişaf etdi.

Ağciyərindən sonra qara ciyərində də şiş əmələ gəldi. Qaraciyər çatışmazlığından yaranan böyrək çatışmazlığından sonra dünyasını dəyişdi”.

Tarık Akan ötən gün gecə saaatlarında vəfat edib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər