“Bayram axşamı” filminin çəkilişləri davam edir.
Teleqraf.com xəbər verir ki, filmin mühüm səhnələrindən biri Novruz tonqalının yandırılması artıq çəkilib.
"Bayram axşamı" filmi bu yaxınlarda çəkilişlər zamanı bir neçə rekvizit və geyimlərin oğurlanmasıyla gündəmə gəlmişdi. Filmin istehsalçıları bunun çəkilişlərin gedişatına heç bir maneə yaratmadığını bildirmişdilər.
Ekran əsəri Murad Dadaşovun rəhbəri olduğu MGP-nin məhsuludur. Komediya janrında çəkilən filmdə baş rolu Oksana Rəsulova və İslam Mehrəliyev canlandırır.
Filmin 2017-ci ilin fevralın 21-də təqdim olunması gözlənir.
Pərvin