30 Sentyabr 2016 15:49
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mumbaydakı sünni-müsəlman təşkilatı Daxili İşlər Nazirliyi və Hindistandakı İran konsulluğuna müraciət edərək iranlı rejissor Məcid Məcidinin Məhəmməd peyğəmbər barəsində çəkdiyi filmin qadağan edilməsini istəyib.

Daxili işlər nazirinə, baş nazirə göndərilən müraciətdə təşkilat filmin hindistanlı bəstəkarı A.R.Rahmanın da məhkəməyə verilməsini tələb edərək ekran əsərinin Hindistan müsəlmanlarının hisslərinə toxunduğunu deyib.

"Məhəmməd - Allahın elçisi" filmi tanınmış rejissorun Məhəmməd peyğəmbərdən bəhs edən trilogiyasının birinci filmidir.

Film Həzrəti Məhəmmədin hələ peyğəmbər olmamışdan əvvəl - 12 yaşınadək olan həyatı vǝ o dövrdǝ Məkkədə cǝrǝyan edǝn hadisǝlǝrdən bəhs edir.

2015-ci ildə çəkilmiş film avqustun 27-də Monrealda keçirilən kino festivalında nümayiş etdirildikdən sonra İranda 57 kinoteatrda göstərilib və dünyanın müxtəlif ölkələrinə yayılıb.


Müəllif:

Oxşar xəbərlər