30 Sentyabr 2016 15:58
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rasim Balayev yeni layihəyə başlayıb. O, səsləndirdiyi şeirlərdən ibarət audio disk hazırlayır.

Xalq artisti Moderator.az-a açıqlamasında yeni layihəylə bağlı bunları deyib: “İstəyirik Azərbaycanın klassik və müasir şairlərinin seçilmiş əsərlərindən ibarət bir neçə audio disk hazırlayaq. Qətran Təbrizidən, Xəqanidən, Nizamidən, Füzulidən tutmuş bu günə qədər bir çox şairin şeirlərinə müraciət edəcəyik. Hər şairdən bir, bəzilərindən iki şeir olacaq və şeirlər hər mövzudan seçiləcək. Şeirləri səsləndirə-səsləndirə gələcəyik, görək necə alınacaq. Təki sağlıq olsun!”


Müəllif: