16 Oktyabr 2016 14:57
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Gənclər Birliyi və Azərbaycan Rəqs Assosiasiyasının təşkilati dəstəyi ilə rəqs və vokal-instrumental sənəti üzrə açıq Bakı Kuboku keçirilib.

Teleqraf.com xəbər verir ki, yarışda ölkəmizin bütün guşələrindən olan rəqs kollektivləri və ansamblları iştirak edib. Bütün yaş dərəcələrindən olan iştirakçılar çarlidinq, hip-hop, breyk dans, rəqs şousu, klassik rəqs, xalq rəqsi, dünya xalqlarının rəqsləri, oriyental, xor ifası, solo ifa, instrumental ifa və digər nominasiyalarda məharətlərini göstəriblər.

Tədbirin əsas məqsədi gənc istedadları üzə çıxarmaq, ölkəmizdə rəqs və vokal sənətinə marağı artırmaqdır.

Münsiflər heyətində əməkdar və xalq artistləri, tanınmış rəqqaslar və müəllimlər olan Rimma Məmmədova, Tahir Eynullayev, Ülviyyə Həsənova, Fərid İbrahimov, Fərhad Əliyev, Endryu Friman, Kamran Məmmədov, Aysel Hüseynova və Veronika Talıbov təmsil olunurlar.


Müəllif:

Oxşar xəbərlər