7 Noyabr 2016 13:30

Azərbaycan oxucusunu müasir dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə tanış etmək məqsədi ilə 2014-cü ildə fəaliyyətə başlayan TEAS Press Nəşriyyat Evi bu günlərdə özünün yeni veb-saytını istifadəyə verib.

Www.teaspress.az saytında Nəşriyyat Evinin bütün nəşrləri ilə tanış olmaq, o cümlədən növbəti nəşrlər ilə bağlı geniş məlumat əldə etmək mümkündür. Bundan əlavə, veb-saytda qeydiyyatdan keçən oxucular nəşriyyatın bütün kitablarını onlayn sifariş edə bilər. Sərfəli çatdırılma şərtləri təklif edən TEAS Press istifadəçilərin rahatlığı üçün hər şeyi düşünüb.

TEAS Press Nəşriyyat Evi həm bədii, həm də qeyri-bədii ədəbiyyat kitablarının nəşri ilə məşğuldur və bədii romanlardan detektiv əsərlərinə, biznes haqda kitablardan tarixi əsərlərə qədər bir çox janrda kitablar nəşr etdirməkdədir. Nəşriyyatın “Üç alma uşaq ədəbiyyatı” bölməsində isə azyaşlı oxucular üçün şəkilli, həmçinin, yeni oxumağa başlayanlar üçün kitablar, eləcə də, yuxarı yaşlı uşaqların mütaliəsi məqsədi ilə romanlar çap olunur. Bununla yanaşı, nəşriyyatın ingiliscə, rusca, türkcə, fransızca, almanca və ərəbcə olmaqla 6 xarici dildə də nəşrləri vardır.

Tel.: (+994 12) 433 14 90
E-mail: info@teaspress.az

Sevinc


Müəllif:
Загрузка...