“Bizim uşaqların hamısı ərizə yazıb AYB-yə qayıdacaq - məndən başqa”.
Bu sözləri Teleqraf.com-a Murad Köhnəqalanın Yazıçılar Birliyinə qayıtmasını dəyərləndirən Həmid Herisçi deyib. O, özünün AYB-yə qayıtmasının mümkünsüz olduğunu bildirib: “Mən 20 il fasilədən sonra o binaya getdim, onda da eynəyim sındı, qorxuram bir də gedəm, daha böyük itkilərə məruz qalam”.
Həmid Herisçi Murad Köhnəqalanın bu addımını normal qarşıladığını deyib: “Hara getsinlər axı? Getməyə yer yoxdur. Onsuz da Anarın Murada münasibəti həmişə yaxşı olub. Təkrar edirəm, uşaqların hamısı qayıdacaq ora. Biri var mənim kimi buludları səyirdən adam, biri də var, yerlə, yerin qayğıları ilə yaşayan insanlar. O adamların müəyyən səbəblərdən AYB-yə qayıtması başadüşüləndir”.
O, Murad Köhnəqalanın “Mənə zəng etmirlər, dostluqda sadiq deyillər” ittihamlarına da cavab verib: “Onu düz deyir. Mən 2009-cu ildən bütün bağları kəsmişəm, heç kimə zəng eləmirəm – heç kimə”.
Sevinc Fədai