21 Noyabr 2016 17:51
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında “Pillə” verilişinin çəkilişlərinə start verilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, gənc istedadları bir araya toplayan “Pillə” verilişi tamaşaçılara müxtəlif peşə sahibləri ilə, incəsənətin bütün sahələrində bacarıqlarını nümayiş etdirə bilən ifaçılarla yaxından tanış olmaq imkanı yaradır.

Qeyd edək ki, layihənin ilk iki buraxılışının qonaqları Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəblərinin şagirdləridir. “Pillə” layihəsinin ilk buraxılışı dekabr ayının ilk günlərində efirə gedəcək.


Müəllif:

Oxşar xəbərlər