Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filmi 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümünə dəvət alıb.
“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, festival 28 noyabr-4 dekabr tarixlərində Tbilisidə keçiriləcək.
Festivalda filmin quruluşçu rejissoru Kamran Şahmərdan festivalda iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə çəkilib.
Filmin quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Zətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları gürcü aktyorları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.
Nərmin