23 Aprel 2014 11:29
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın azadlıq aşiqi olan şairlərinin xatirəsi Əskişəhərdə anılıb. Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universitetinin Ədəbiyyat Fakültəsi Türk dili və Ədəbiyyatı bölümü "Azadlıq aşiqi üç azərbaycanlı - Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz" - panel təşkil edib.

Paneli giriş sözü ilə Lefke Avropa Universitetinin dosenti Nazim Muradov açıb. O, adı çəkilən şairlərin sadəcə Azərbaycanın deyil, Türk Dünyasının önəmli şairlərindən hesab olunduğunu deyib. Daha sonra Osmanqazi Universitetinin dosenti, Dilek Ataizi, Lefke Avropa Universitetinin müəllimi dosent, doktor Nazim Muradov çıxış edib. Çıxışlardan sonra Əskişəhər Azərbaycanlılar Dərnəyinin üzvləri Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və Məmməd Arazın şeirlərini səsləndiriblər.

Rövşən


Müəllif: