Əməkdar artist Lalə Məmmədova ilk sevgisindən danışıb.
Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində ona ünvanlanan “İlk sevgilinin adını açıqla” sözlərinə belə cavab verib: “İlk sevgim Mithun Çakraborti olub. Sonra mən ona çox xəyanətlər etdim. Yerini Rembo, yəni Silvestor Staloni və Jan Kloud Van Dam tutdu”.