Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımov şikayətlənib.
Teleqraf.com xəbər verir ki, Nicat Kazımov sosial şəbəkələrdə teatrdakı intiraqalardan təngə gəldiyini və ölkədən getmək niyyətində olduğunu açıqlayıb. O, sənətdə olduğu 26 ildə çox şeyə dözdüyünü qeyd edib: “Amma, artıq bezmişəm. Riyakarlardan, ağa qara deyənlərdən, özünü hər kəsdən ağıllı sayan kütlərdən, sənətdə kar olan “sənətkarlardan”, işi-gücü intriqa olan nadürüstlərdən, kimisə yetişdirib, sonra itirməkdən, sıfırdan başlamaqdan, arxamca hürən tulalardan bezmişəm. Belə getsə, qaçacam, mütləq qaçacağam”.
Kəmalə