25 Yanvar 2017 12:26
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftədən tanınmış yazıçı-dramaturq Aqşin Babayevin “Cerviz ağacı” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İrəvan Dövlət Azərbaycan Milli Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev deyib.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ramiz Həsənoğlu, musiqi tərtibatçısı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir. Rolları İftixar Piriyev, Əməkdar artistlər Vaqif Kərimov, Rəşid Səməndər, aktyorlar Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Əjdər Zeynalov, Məryəm Qələndərova, Şəbnəm Cəfərova və başqaları ifa edəcəklər.

Səhnə əsərinin premyerası cari ilin aprelində Akademik Milli Dram Teatrında keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər