"Son günlərdə özümü yaxşı hiss etmirəm".
Bu sözləri tanınmış şair Musa Yaqub səhhətində yaranan problem haqda Kult.az-a danışarkən deyib. O, xəstələndiyini, ev şəraitində müalicə aldığını bildirib: “Havaların soyuması mənə pis təsir etdi, yenidən xəstələnmişəm. Bir müddət əvvəl sağalmışdım, indi yenə ağrıyıram. Ancaq istirahət edirəm ki, sağala bilim, hazırda ev şəraitində müalicə alıram”.