14 Fevral 2017 16:17
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan Bəstəkarlar İttifaqı tanınmış bəstəkarlar Cövdət Hacıyev və Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibəti ilə tədbirlər keçirməyi nəzərdə tutur.

Bəstəkarlar İttifaqından Teleqraf.com-a verilən məlumata görə, ittifaqın konsert zalında bu görkəmli bəstəkarların 100 illik yubileylərinə həsr olunmuş kamera-instrumental və vokal əsərlərdən ibarət konsertlər keçiriləcək. Onların yaradıcılığının və musiqi-ictimai fəaliyyətinin müasir nöqteyi-nəzərdən araşdırılması məqsədilə keçiriləcək simpozium və konfranslara respublikanın aparıcı musiqişünaslarından ibarət böyük nümayəndə heyəti cəlb olunacaq.

Cövdət Hacıyev uzun illər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq kafedrasına rəhbərlik edib, 10 ildən artıq konservatoriyanın rektoru olub.

Tofiq Quliyevin adı isə bilavasitə Azərbaycan Bəstəkarlar İttifaqı ilə bağlıdır. O, uzun illər bu təşkilata rəhbərlik edib, həyatının son 10 ilində Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışıb.

Hər iki bəstəkar ölkəmizin musiqi mədəniyyətinin çiçəklənməsi, maarifçilik və təhsilin inkişaf etdirilməsi, musiqi uğurlarımızın təbliğ edilməsi və gənc nəslin yetişdirilməsi naminə əzmlə çalışıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər