27 Fevral 2017 18:55
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçəri şəhər” bədii filmi ABŞ-ın 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, film festivalın “Remi mükafatı” nominasiyasında təqdim ediləcək.

Festival aprelin 21-dən 30-dək ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.

Film Hindistan, Misir, Estoniya və Türkiyədə keçirilən beynəlxalq film festivallarında nümayiş olunub.


Müəllif:

Oxşar xəbərlər