“Serialdan ayrılmağım mənim istəyimlə olmadı. Amma artıq “Vicdan haqqı” mənim üçün bağlanmış səhifədir. Oldu və keçdi”.
Bu sözləri Teleqraf.com saytına açıqlamasında “Vicdan haqqı” serialından ayrılan əməkdar artist Kəmalə Müzəffər deyib.
Hazırda vəziyyətinin yaxşı olmadığını bildirən aktrisa həyat yoldaşının sabah əməliyyat olunacağını bildirib: “Hazırda həyat yoldaşım çox ağır xəstədir. Sabah ürəyindən əməliyyat olunacaq. Özümü çox pis hiss edirəm. Hamı zəng edir, soruşur. Onlara cavab verəcək gücüm yoxdur”.
Nərmin