10 Mart 2017 01:13
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında martın 15-də Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həmin gün tamaşada ilk dəfə Azərbaycan səhnəsinin istedadlı simalarından biri xalq artisti İlham Namiq Kamal Soltan bəy rolunda çıxış edəcək.

Son 20 il ərzində Opera və Balet Teatrının repertuarında möhkəm yer tutan tamaşada digər əsas rollarda xalq artistləri Fidan Hacıyeva (Asya), Gülyaz Məmmədova (Telli), əməkdar artistlər İnarə Babayeva (Gülçöhrə), Fərid Əliyev (Əsgər), Gülüstan Əliyeva (Xala), Ələkbər Əliyev (Vəli), aparıcı solist Tural Ağasıyev (Süleyman) çıxış edəcəklər.

Tamaşanın dirijoru beynəlxalq müsabiqələrin laureatı Əyyub Quliyev olacaq.


Müəllif:

Oxşar xəbərlər