10 Mart 2017 12:37
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Teatr Günü münasibətilə Teatr Xadimləri İttifaqında "Zaman və teatr" mözvusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artisti Azər Paşa Nemət, Amaliya Pənahova, bəstəkar Siyavuş Kərimi, teatr tənqidçiləri İlham Rəhimli, Aydın Talıbzadə, Məryəm Əlizadə, Vidadi Qafarlı və başqaları iştirak ediblər.

Ədalət Vəliyev Azərbaycan teatr sahəsində görülən işlərdən danışıb: "Dövlətimiz teatr xadimlərinə xüsusi qayğı göstərir. Bu gün 88 teatr xadimi aylıq prezident təqaüdü alır, 800 nəfər fəxri adlar, orden və medallarla təltif olunub. 40-dan artıq kitab çap olunub

Teatrda çalışan bütün peşə sahiblərini təbrik edirəm. Bu gün ölkəmizdə yaradıcılıq üçün münbit şərait yaradılıb".

Teatrşünas İlham Rəhimli bildirib ki, Azərbaycan teatrı dünyanın 73 millətinin 5 mindən çox adda əsərini tamaşaya qoyub. Bunların içərisində 12 Nobel mükafatı laureatı var. Teatrlarımız milli klassikaya hər zaman həssas yanaşıblar. Ancaq bəzən gözlənən nəticə alınmır. Arzu edərdim ki, rejissorlarımız bioqrafiya xatirinə əsərlər qoymasınlar".

Nərmin


Müəllif:

Oxşar xəbərlər