18 May 2017 10:22
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayaqlarım tutulub, şəkər xəstəsiyəm. Baş gicəllənməm var. O qədər xəstəliyim var, hansını deyim...

Bu sözləri Teleqraf.com-a Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən tanınmış diktor, xalq artisti Rafiq Hüseynli deyib.

O bildirib ki, xəstəxanaya yerləşdirilməsinin onkoloji xəstəliklə bağlılığı yoxdur.

“Xəstəxanaya mayın 15-i yerləşdirildim. Müalicəmi xəstəxana rejimində davam etmək daha məqsədəuyğun hesab olundu. İndi yaxşıyam. Həkimlər nə vaxt evə buraxılacağımla bağlı, hələ ki, mənə bir söz deməyiblər”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər