31 May 2017 09:53
1 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın şou - Qarşıdurma”nın 14 -cü sürətində şoudan ayrılan ikinci iştirakçı Səbuhi Xanlarov olub.

Teleqraf.com xəbər verir ki, ötən gün iştirakçılar arasında səsvermənin nəticələrinə əsasən, qutudan ən çox şəkli çıxmış şəxs Səbuhi idi.

O bəzi iştirakçılardan şəklinin qutuya atılmasını istəyib. İstəyinə nail olan Səbuhi səs yığacağı təqdirdə Kənan MM-i verilişdən uzaqlaşdıracağını deyib.

Aqil Quliyev, Pərvin Abıyeva Kənan üçün tamaşaçılardan səs istəyib. Abıyeva bəzi məqamlarda hətta göz yaşlarına da hakim ola bilməyib. Veriliş boyu faiz göstəriciləri hər iki tərəfin xeyrinə dəyişsə də, sonda qələbə çalan Kənan MM olub. Səbuhi Xanlarov maşından əlini üzüb.

Hazırda maşın uğrunda mübarizəni Oksana Rəsulova, Cavad Rəcəbov, Azər Zahid, Aqil M. Quliyev, Tolik, Təranə Qumral, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Vüqar Vüqarlı, Pərvin Abıyeva, Elcan Rəsulov, Fərda Amin, Üzeyir Mehdizadə, Səidə Sultan, İslam Mehrəliyev, Kənan MM davam etdirir.

Veriliş hər axşam canlı olaraq saat 22:00-da ATV də yayımlanır.


Müəllif: Nərmin

Oxşar xəbərlər