Bu barədə Teleqraf.com-a teatrının mətbuat xidmətidən məlumat verilib.
Aktrisa dünən xalq yazıçısı İlyas Əfəndiyevin məşhur “Mənim günahım” pyesi (tamaşanın musiqisi Xalq artisti, mərhum bəstəkar Qara Qarayevə məxsusdur) əsasında hazırlanan eyniadlı səhnə əsərində tamaşaçıların qarşısına çıxıb. Balet-tamaşa bu dəfə də coşqu və alqışlarla qarşılanıb.
Tamaşanın sonunda gül-çiçək dəstələri təqdim olunan aktrisanın şərəfinə orkestr məşhur “Happy birthday to you” musiqisini səsləndirib və tərəf-müqabilləri onun üçün hazırlanan tortu səhnəyə çıxarıblar. Bu sevincdən, bu şirinlikdən Şükufə xanımın fanatlarına da pay düşüb.
Səhnə əsərində rolları Şükufə xanım Yusupova ilə yanaşı, əməkdar artist İlham Hüseynov və gənc balet ifaçısı Cəlalə Novruzlu ifa edirlər.
Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.