21 İyun 2017 15:02
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür məşhur türk serilları ard-arda final bölümləri ilə tamaşaçılarla vidalaşırlar.

Teleqraf.com xəbər verir ki, bu axşam nəinki Türkiyədə, Azərbaycanda və başqa ölkələrdə də sevilən “Ana” serialı ekrana son dəfə çıxıb.

İlk seriadan bəri balaca Turnanın valideynləri ilə Zeynəb müəllimə arasındakı bitməyən mübarizə, nəhayət, başa çatıb.

Son seriyada övladlarının psixologiyasını mənfi təsir altda saxlayan valideynlər - Şölə ilə Çingiz arasında qalmaqal yaşanır və Şölə Çingizi silahla vurur. Çingiz dünyasını dəyişir, Şölə həbsxanaya gedir, uşaqlar isə hüzur tapdıqları evə, yəni Zeynəbin yanına köçərək, qayğısız həyat yaşamağa başlayırlar.


Müəllif: Könül Əlibəyli