Ermənistan müxalifəti Azərbaycanı ölkəmizə qarşı hərbi güc tətbiq etməyə məcbur etməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
“Mənim üçün çox qəribə və anlaşılmazdır ki, bizim parlament müxalifəti niyə güc tətbiqinin legitimləşdirilməsinə sadiqdir. Müxalifət “1993-cü il təmas xətti”nin delimitasiya üçün əsas götürülməli olduğu bir layihəni gündəmə gətirirsə, bu, o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sərhədin əsasını hüquqi cəhətdən əsaslandırılmış sənədlər və xəritələr yox, təmas xətti təşkil etməlidir. Təmas xətti güc nəticəsində yaranmış xətt deməkdir. Yəni siz güc tətbiq etmək hüququnu legitimləşdirirsiniz”, - vitse-spiker bildirib.
Rubinyan Ermənistan müxalifəti vəziyyəti mürəkkəbləşdirməməyə, ritorikanı dəyişməyə çağırıb:
“İndi sərhədin yenidən müəyyənləşməsi, yəni delimitasiyanın Almatı bəyannaməsi əsasında aparılacağı prinsipi təsdiqlənib”.
Bundan əvvəl müxalif “Ermənistan” fraksiyasının müəllifi olduğu “Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsinə dair parlamentin bəyanatı layihəsi” Milli Məclisin gündəliyinə daxil edilməyib. Bədnam layihə Azərbaycana qarşı ərazi iddialarını əks etdirirdi.