30 Aprel 18:19
16 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ərazisində yayımlanan istənilən xarici veriliş (Rusiya telekanalları nəzərdə tutulur – red.) ölkə və onun xalqına qarşı nifrət yayırsa, təxribat xarakterli hərəkətlər edirsə, Televiziya və Radio Şirkəti tərəfindən sərt cavab alacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin komitə sədri Tiqran Akopyan deyib.

Onun sözlərinə görə, istənilən xarici veriliş və ya proqram Ermənistan dövləti və xalqına qarşı nifrət yayırsa, ölkənin daxili problemləri və işlərinə qarışırsa, suverenliyini şübhə altına alırsa, təxribat xarakterli hərəkətlərə əl atırsa, öz adekvat, sərt cavabını alacaq.

“Bu, bizim komitənin fəaliyyətinin əsas prinsipidir”, - Akopyan vurğulayıb.

Xatırladaq ki, artıq Ermənistanda rusiyalı jurnalist Vladimir Solovyovun proqramlarının yayımı dayandırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu