Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Azərbaycan və Ermənistan arasında 1991-ci il Almatı bəyannaməsinə əsaslanan delimitasiya prosesi ilə bağlı bu yaxınlarda əldə edilmiş razılaşmaları alqışlayıram”, - Buriç bildirib.