29 Aprel 21:57
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda kömür mədənində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində azı dörd şaxtaçı yaralanıb, ikisi itkin düşüb.

Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Qeyd edək ki, hadisə yerində xilasetmə əməliyyatı davam edir. Dörd şaxtaçı xilas edilərək yaxınlıqdakı xəstəxanaya çatdırılıb.


Müəllif: Teleqraf.com