30 Aprel 14:14
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın parlamentinin müxalif qanadının sərhədlərin delimitasiyası ilə bağlı layihəsi beynəlxalq hüquqa uyğun deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin komitə sədri Vladimir Vardanyan “Ermənistan” fraksiyasının müəllifi olduğu anti-Azərbaycan layihəsini şərh edərkən deyib.

“Bir anlıq təsəvvür edin ki, Milli Məclis bu bəyanatı qəbul edib. Ermənistan və Azərbaycan üçün nə dəyişəcək? Heç nə. Həmkarlarımız belə bir təsəvvür yaratmağa çalışırlar ki, guya bizə hansısa beynəlxalq sənəd təklif olunub, BMT-nin baş katibi də deyir ki, bunu rəhbər tutun. Söhbət tamamilə heç kimin, beynəlxalq hüququn bölüşmədiyi və bölüşə bilməyəcəyi yanaşmalardan gedir”, - deputat bildirib.

Vardanyanın sözlərinə görə, söhbət Almatı bəyannaməsindən getsəydi, bunu qəbul etmək mümkün idi:

“Bundan danışsaq, Almatı bəyannaməsində çox aydın şəkildə deyilir ki, siz müstəqil dövlət olsanız, keçmiş Sovet İttifaqı daxilindəki inzibati sərhədləriniz bu müstəqil dövlətlərin sərhədləri olacaq. Təmas xəttinə əsaslanan sərhəd yoxdur və olmamalıdır”.

Deputat Ermənistan müxalifətinin dilə gətirdiyi ifadənin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

“Ermənistan” fraksiyasının müəllifi olduğu “Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsinə dair parlamentin bəyanatı layihəsi” bundan əvvəl Milli Məclisin gündəliyinə daxil edilməyib. Bədnam layihənin lehinə 27, əleyhinə 51 deputat səs verib. Layihə müəllifi Artur Xaçaturyan bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyası “1993-cü ildən sonrakı sərhədlər”ə əsaslanmalıdır. Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən separatçı layihə hakim fraksiyanın üzvləri tərəfindən sərt tənqid edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər