Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupman 30 aprel - 4 may tarixlərində Cənubi Qafqaza səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni KİV Avropa İttifaqının ölkədəki nümayəndəliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Kupman ikitərəfli və regional əməkdaşlıq, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi ilə əlaqədar məsələləri müzakirə etmək üçün regiona səfər edəcək
Ai rəsmisinin Azərbaycana səfəri 3-4 may tarixlərinə planlaşdırılır.