6 İyul 2017 13:36
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlər, nəhayət, daxili qanaxmanı dayandıra biliblər, amma yaranın yenidən qanama ehtimalının böyük olduğunu və hələ də xeyli qana ehtiyac duyulduğunu deyirlər. Kritik vəziyyət davam edir.

Bu sözləri bir neçə gündür ki, 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində yatan xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor Qurban Məsimov Teleqraf.com-a açıqlaması zamanı deyib.

O, xəstənin vəziyyətinin əvvəlkinə nisbətən bir qədər düzəldiyini də bildirib: “Həkimlər hemoqlobini qaldıra biliblər. Böyükxanım Əliyeva özünə gəlib, danışır, fikrini izah edir. Lakin özü də başa düşür ki, hələ xeyli müddət müalicəsi davam etməlidir”.

Qurban Məsimov xalq artisti üçün qan verməyə gələnlərə xüsusi təşəkkür edib: “Dünəndən insanlar Böyükxanım Əliyevaya qan vermək üçün bura gəlirlər. Hamıya minnətdarıq. Lakin yenə də mənfi rezuslu 3-cü qrup qanı olanlara ehtiyac var”.

Qeyd edək ki, Böyükxanəm Əliyeva 3 gün öncə 12 barmaq bağırsaqda yerləşən yaranın qanaması nəticəsində başlayan güclü qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər