14 İyul 2017 11:05
2 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin sıradakı qonağı sevilən aktyor Tural Əhməddir.

Yaxında öləcəyinizi bilsəydiniz:

- …son kəs ağlınızdan nə keçərdi?

- Yaxında öləcəyimi bilsəydim, nəsə düşünmək barədə düşünməzdim.

- … hansı yeməkdən yeyib hansı içkini içərdiniz?

- Yemək yeməzdim, çoxlu su içərdim. Əbədi susuz qalacağam deyə…

- …kiminlə görüşmək istəyərdiniz?

- Mənə əziz insanlarla…

- …hansı rolu son kəs oynamaq istərdiniz?

- Ölümümü oynamaq istərdim…

- …kimi öpərdiniz?

- Doğmalarımı!

- …hansı kitabı oxuyardınız?

- Bəxtiyar Vahabzadənin "Mən çox uzaqlara çıxıb gedirəm…" şerini oxuyardım.

- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?

- Oğluma!

- …kimə və nə hədiyyə alıb qoyardınız?

- Hədiyyə almaq yadıma düşməzdi… Məni kimi hədiyyəni yaxınlarım itirəndən sonra…

- …o biri dünyada kimi görmək istəyərdiniz?

- İtirdiyim əziz insanları o dünyada tapmağı arzulayıram.

- …son dəqiqələrinizi necə keçirtmək istəyərdiniz?

- Ailəmin yanında…

- Son 3 kəlməniz nə olardı?

- Oğluma yaxşı baxın...


Müəllif: Könül Əlibəyli