28 İyul 2017 12:07
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə 69 yaşını qeyd edən xalq artisti Ramiz Əzizbəyli bu gün Türkiyəyə yola düşür.

Teleqraf.com-un məlumatına görə, uzun müddətdir səhhətində problem olan aktyorun müalicəsi orada davam etdiriləcək.

Ramiz Əzizbəylini yola salmaq üçün sənət dostları bu gün hava limanında görüşürlər.

Azərbaycanlı həkimlər bir tərəfi iflic olan Ramiz Əzizbəylinin xaricdə müalicəsini məsləhət görüblər.


Müəllif: Könül