Teleqraf.com-un məlumatına görə, “Kokteyl Aysel ilə” adlanan bu yeni verilişin özəlliyi ondan ibarətdir ki, burda yerli yox, yalnız xarici şou-biznes nümayəndələri görünəcək.
Eyni zamanda çox tanınmış şou-biznes simaları da birbaşa “Speys” TV-nin kameralarına tuş gələcək.
Verilişin aparıcısı Aysel Nazim bildirib ki, əslində çoxdan belə bir layihə etmək istəyirmiş: “Yeni layihəmlə paralel Milli Olimpia Komitəsi ilə “Speys” TV-nin birgə layihəsi olan "İdman hamı üçün" proqramı da davam edəcək. Bu verilişimiz çox sevilir, yaxşı da izlənilir. Ona görə də əminəm ki, yeni maqazin proqramım da bəyəniləcək”.