3 Avqust 2017 15:46
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə övlad var ki, valideynlərinin qüsurlu olmağından utanır, valideynlərini cəmiyyət içərisinə çıxarmır. Mən heç vaxt bundan utanmamışam.

Teleqraf.com-un məlumatına görə, bu sözləri sosial şəbəkədə anasını ad günü münasibətilə təbrik edən aktrisa Mehriban Xanlarova yazıb.

O, anası ilə paylaşdığı fotoya yazılan bəzi şərhlərdən qeyzlənib:

“Anamın saçının ağ tellərinə qurban olum mən! Mənim haqqımda artıq-əskik yazanlara səslənirəm. Monitor arxasında şirə dönməyin. Bakı balaca şəhərdir. Hər kəs hər kəsi yaxşı tanıyır. Sözünüz varsa, gəlin, mənimlə üz-üzə danışın. Allahımdan başqa heç kimdən qorxmuram. Heç kimin yanında dilim qısa deyil, alnım açıq, üzüm ağdır! Şükür Rəbbimə.

Bu gün mənim üçün özəl gündür. Bugünkü gündə belə dırnaqarası insanların əli-ağzı dinc qalmadı. Sadəcə, yazıqlar olsun!”


Müəllif: Könül

Oxşar xəbərlər