Teleqraf.com xəbər verir ki, layihədə 1988-ci ildən başlayaraq, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətraf rayonlarında apardığı terror və işğal hadisələrinin nəticəsində Qarabağın təbiətinə dəymiş ziyan haqqındadır. Həmçinin Qarabağın füsünkar təbiəti haqqında da filmdə geniş söhbət açılır.
Xatırladaq ki, ictimai birlik bundan əvvəl 3 dildə “Qarabağ abidələri”, “Qarabağ yaddaş” kitablarını, ingilis dilində “Qarabağın Xristian abidələri”, “Qafqazın konservatoriyası”, “Qarabağın mədəniyyət xəzinələri”, ingilis, rus dillərində “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” və ingilis və rus dillərində “Qarabağ müharibəsi: xronika (1988-94)” filmlərini hazırlayıb.