8 Avqust 2017 13:08
1 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni filmin ssenarisinə görə, bir gün bir mələk göydən yerə enir və Fərdaya deyir ki, sən evlənməsən, öləcəksən. Bu hadisədən sonra onun başına gələnlər filmin əsas mövzusunu təşkil edir.

Bu sözləri Teleqraf.com-a açıqlaması zamanı “Xoxan” və “Naxox” filmlərinin yaradıcılarından biri, “Təhmin və Zaur” kinokomediyasının ideya müəllifi və rejissoru Zaur Mirzəzadə deyib:

“Fantastika janrında olan filmin çəkilişləri əsasən mağaralarda və şəhərin panoramalı məkanlarında aparılır. Lakin məkanlar rəssam heyəti tərəfindən xüsusi rekvizitlərin köməyilə dekorasiya kimi əvvəlcədən qurulub hazırlanır”.

O, “Təhmin və Zaur” adlı növbəti yeni filminin çəkilişlərinə 3 gündür başladıqlarını və avqustun sonuna kimi bitirməyi planlaşdırdıqlarını bildirib:

“Çəkilişlərə yeni başlamışıq, hər şey qaydasındadır. Filmin adından da göründüyü kimi, müəyyən nüanslar var ki, biz orda “Təhminə və Zaur” filmindən yadda qalan məqamlara çox səliqəli formada toxunacağıq. “Tələsmə, Zaur” məsələsini çox maraqlı formada işləmişik”.

Qeyd edək ki, filmin baş rollarında Elcan Rəsulov, Fərda Amin, Kəmalə Piriyeva, Məbud Məhərrəmov, Məcid Məmmədov çəkilirlər.

Ssenari müəllifləri Zaur Mirzəzadə, Nicat Dadaşov və aktyor-müğənni Cəmildir.
Kinokomediyanın quruluşçu operatoru isə Rəşad Qarayevdir.


Müəllif: Könül

Oxşar xəbərlər