14 Avqust 2017 12:24
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atam… Gözəl ürəkli atam… Artıq 5 gündür ki, sənsiz qalmışam. Səni necə çox istədiyimi sənə deyə bilmədim. Səninlə nəfəs aldığımı sənə deyə bilmədim.

Bu sözləri yenicə atasını itirmiş aktyor, “Cehizsiz gəlinlər” serialının Zauru Cövdət Şükürov yazıb.

O, mərhum atası Afiq Şükürova olan sevgisini belə ifadə edib: “İstədim həmişə mənimlə fəxr edəsən, nə rol oynadımsa, birinci sənin tərifini gözlədim. Çünki sənə layiq olmaq istədim, hər addımımda səni düşündüm, sənin adını yüksək tutmaq istədim. Sən bir başqa idin. Hər övlad atasının ən yaxşı ata olduğunu düşünür, amma sən doğrudan da ən yaxşı ata idin!

Mənə son baxışını heç vaxt unutmayacağam. Mənim ağlamağımı eşidib gözündən gələn yaşı heç vaxt unutmayacağam. Sənin qoxunu heç vaxt unutmayacağam. Səni qəbrə qoyduğum günü heç vaxt unutmayacağam. Heç vaxt özümü bağışlamayacağam. Çünki səni həyatda saxlaya bilmədim.

Heç nə edə bilmədim, çarəsiz qaldım. Gizlincə ağlamağa məhkum oldum. Üzünə baxıb “hər şey yaxşı olacaq” dedim, amma hamısı yalan idi.

Həyat davam edir. Amma bir onu bilirəm ki, mən heç vaxt əvvəlki insan ola bilməyəcəyəm. Heç vaxt tam xoşbəxt ola bilməyəcəyəm. Çünki ürəyimin parasını itirdim. Səninə vidaslaşmıram, çünki sən mənim ürəyimdəsən. Tez-tez yuxuma gəl. Səni orda tək qoyduğuma görə məni bağışla! Səni bütün varlığımla çox istəyirəm…”

Xatırladaq ki, Afiq Şükürov avqustun 9-da dünyasını dəyişib.


Müəllif: Könül

Oxşar xəbərlər