Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı “Arzuların ardınca”, “Xənnas”, “Sara”, “Don Marleone” filmlərindən tanıdığımız gənc aktrisa Zarina Qurbanovadır.
Yaxında öləcəyinizi bilsəydiniz:
- …son dəfə nə düşünərdiniz?
- Görəsən, gəzmədiyim hansı ölkə qalıb…
- … hansı yeməkdən yeyib, hansı içkini içərdiniz?
- Çoxlu qaralı plov yeyərdim, dadmadığım kokteyllərdən içərdim.
- …kiminlə görüşmək istəyərdiniz?
- Bütün günümü anamla keçirərdim.
- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?
- Evdəkilərə.
- …nəyi ölümlə dəyişərdiniz?
- Başqa ölkədə, başqa şəraitdə doğulmağımı!
- …son dəqiqələrinizi necə keçirmək istəyərdiniz?
- Gedərdim ən hündür binanın üstünə, şəhərə baxa-baxa, telefonumda sevdiyim musiqini dinləyə-dinləyə son dəqiqələrimi yola verərdim…
- …o biri dünyada kimi görmək istəyərdiniz?
- Qovuşa bilmədiyim sevdiyim insanı…
- …kimi özünüzlə aparmaq istəyərdiniz?
- Tək gedərdim!
- Son 3 kəlməniz nə olardı?
- Yeyin, için, kef eləyin!