Kinorejissor İlqar Nəcəfin “Nar bağı” filmi “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim edilib.
Bu barədə məlumatı Teleqraf.com-a açıqlaması zamanı filmin rejissoru İlqar Nəcəf bildirib.
O bu qərarın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Amerika Kino Akademiyası Azərbaycan üzrə Oskar Komissiyasının növbəti iclasında alındığını bildirib:
“Bu, hələ təqdimatdır. Uzun siyahı var, daha sonra qısa siyahı olacaq. Ardınca namizədlərin son siyahısı… Yəni “Nar bağı” hələ uzun yol, xeyli mərhələlər keçməlidir.
Bu, sadəcə başlanğıcdır. Bu ilin sonuna qədər siyahı dəqiqləşəcək. Ümid edirik ki, filmimizin adını o siyahıda görərik”.