Rejissor Babək Şirinsifətin “Üçüncü günün adamı”adlı bədii filmi beynəlxalq Kanada film festivalına dəvət alıb.
Teleqraf.com xəbər verir ki, yenicə təqdim olunan ekran əsərinin beynəlxalq nümayişi 41-ci Montreal Beynəlxalq Film Festivalında baş tutacaq. Festival avqustun 24-dən sentyabrın 4-dək Kanadada keçiriləcək.
“Üçüncü günün adamı” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Film Qarabağ mövzusundadır. Filmin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyevdir. Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Məmməd Səfa, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki və başqaları ifa ediblər.