Türkiyəli aparıcı Özgə Uzun Bakıya köçüb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, həmkarı Əmrə Sayqının qonağı olduğu verilişində deyib. O, bundan sonra Türkiyədə heç biri televiziya verilişi aparmayacağını bildirib:
“Artıq Bakıda yaşayıram və 6 aydır özümə vaxt ayırmağa başlamışam. Həyatdan nələr gözləyirəm, bu haqda fikirləşirəm. Bu səbəbdən hələ heç bir veriliş aparmaq istəmirəm”.
Özgə həyat yoldaşı Volkan Üstlə yenidən barışmasından da danışıb:
“Volkanın xəstəxanada olduğunu eşidəndə çox ağladım. Sonra danışmağa başladıq. “Səninlə danışmalıyam” dedi və görüşdük. Başqası ilə evlənəcək deyə çox qorxurdum. Yenidən başlayaq dedi və nikah masasına oturduq”.
Qeyd edək ki, Volkan Üst “CBC Sport” kanalının rəhbəridir. Cütlüyün 2 oğlu var.