28 Avqust 2017 17:34
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən Şaşmazı öldürdükdən sonra intihar edən keçmiş model Filiz Ağərin cənazəsini adının açıqlanmasını istəməyən və özünü mərhumun qardaşı övladı kimi qələmə verən bir şəxs təhvil alıb.

Teleqraf.com xəbər verir ki, Ədliyyə Tibb Qurumuna gələn Ağərin qardaşı oğlu belə ifadə verib:

“Bibimdən belə bir şey gözləyirdik. Sevgilisi olduğunu bilirdik, amma Vətən Şaşmaz olduğunu təxmin etmədik. Bizə bir ziyafət təşkil edib orda hamını öldürdükdən sonra intihar edəcəyini demişdi. “Elə bir şey eləyəcəyəm ki, hər kəs bizdən danışacaq”- söyləmişdi. İlk dəfə deyəndə zarafat elədiyini düşündüm. Ancaq dediyini elədi”.

O, qeyd edib ki, mərhum bibisinin heç bir psixoloji problemi olmayıb: “Heç bir psixoloji müalicə almayıb. Hər şey normal idi. Xalamın cənazəsini cümə günü dəfn edəcəyik. Cəza evində bir yaxınımız var. Onun icazə alıb çıxmasını gözləyirik. Buna görə də dəfn işini bir az yubadırıq”.

Xatırladaq ki, dünən İstanbulun Beşikdaş rayonu ərazisindəki məşhur otellərdən birində tanınmış teleaparıcı Vətən Şaşmazın və onun sevgilisi Filiz Ağərin cəsədi tapılıb.

Polisin ilkin ehtimalına görə, Şaşmaz sevgilisi, model Filiz tərəfindən belindən güllələnərək öldürülüb. Daha sonra model öz başına atəş açaraq intihar edib.


Müəllif: Könül

Oxşar xəbərlər