Dünən əməkdar artist Abbas Bağırov ad günü keçirib.
Teleqraf.com xəbər verir ki, 35 yaşı tamam olan müğənni özəl gününü dənizkənarı istirahət mərkəzlərindən birində qeyd edib.
Məclisə sənət aləminin tanınmış simaları qatılıblar. A.Bağırovun mediaya qapalı məclisindən fotolar sosial şəbəkədə paylaşılıb.
Gecənin sonunda isə sənətçinin şərəfinə atəşfəşanlıq olub.