30 Avqust 2017 15:24
1 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Babək 2020” filminin ilk tizeri təqdim olunub.

Teleqraf.com xəbər verir ki, filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədovdur.

Zaur Tahirsoy film haqqında bunları deyib: “Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də önəmlidir. Çünki müasir insanın diqqətini cəlb etmək üçün zamana uyğun məhsul istehsal etmək lazımdır. Fikrimcə, bu layihə Azərbaycan gənclərində ruh yüksəkliyi yaradacaq”.

Rejissor bildirib ki, filmə yerli aktyorlarla yanaşı əcnəbi məşhurlar da dəvət olunacaqlar.

Filmdə fantastikaya daha çox yer veriləcək. Ekran işi 2020-ci ildə təqdim olunacaq.


Müəllif: Könül

Oxşar xəbərlər