Bəstəkar-müğənni Murad Arif “Partlat” adlı yeni mahnısına klip çəkdirir.
Teleqraf.com xəbər verir ki, ifaçı artıq klipin montaj işlərinə start verib. O, montaj prosesindən olan bir görüntünü sosial şəbəkədə paylaşaraq, bunları yazıb:
“Səhərin gözü açılmamış Emin Muradov ilə “Partlat” klipinin montajı gedir... Səbrsizlənirəm…”
Qeyd edək ki, klipdən bir parça olan həmin görüntüdə rəqqasə rəqs edə-edə “28 May” metrosu yaxınlığındakı piyada keçidini keçir. Ətrafındakı insanlar isə təəccüblə ona baxır.