18 Sentyabr 2017 17:15
3 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, bu dəfə verilişin qonağı xanəndə Elza Qaybalıyeva olub.

Elza xanım son zamanlar diqqətdən kənar qaldığını və bu səbəbdən mənəvi baxımdan əziyyət çəkdiyini açıqlayıb: “Populyar olanda yanımda o qədər sənət dostlarım vardı. İndi biri də qapımı açmır. Sənətin olmasa, pulun varsa, bütün günü efirdə ola bilərsən. Vay o günə ki, sənətin var, pulun yoxdur. O zaman unudulub gedirsən”.

Elza Qaybalıyeva sənətə gəldiyi zaman çəkdiyi əziyyətlərdən də danışıb. O, evdə qadağalar olduğunu və onun səhnəyə gəlməsinin ailədə böyük etirazla qarşılandığını bildirib.

Proqramda ifaçının sevilən mahnılarına da yer verilib.


Müəllif: Könül

Oxşar xəbərlər